Xalq artisti İlhamə Quliyeva canlı yayımda dilə gəldi
29 Oktyabr 2010 Cümə 14:30
İlhamə Quliyeva mətbu orqanlarından şikayətləndi.
Bu gün ANS TV-nin efirində yayımlanan "Günə Baxan" proqramının qonağı olan xalq artisti İlhamə Quliyeva dilə gəlib və kütləvi informasiya vasitələrindən şikayətlənib.

ANS PRESS-in məlumatına görə, İlhamə Quliyeva ona verilən "Türk dünyasının sənət kraliçası" titulunun yerli nəşrlərdə barəsində gedən yazılarda adının qarşısında qeyd olunmamasından narazı qalıb.

"Türkiyədə olduğum zaman mətbuat katibim Faiq Ələkbərlinin səfərim haqqında yaydığı məlumatlarda adımın qarşısından "Türk dünyasının sənət kraliçası" titulum çıxarılaraq dərc olunub. Bu titul mənə 2009-cu ilin martında Türkiyədə verilib. O mükafata bundan əvvəl kral sənətkar Zəki Müren layiq görülüb. Mənim uğurlarım bir çoxlarını qıcıqlandıra bilər. Amma mən Türkiyədə və başqa ölkələrdə Azərbaycanı təmsil edirəm", - deyə müğənni bildirib.

İlhamə Quliyeva bunu yalnız qısqanclıq və paxıllıq kimi qiymətləndirdiyini deyib: "Vaxt var idi, "primadonna" titulumu qısqanırdılar, indi də "Türk dünyasının sənət kraliçası" olmağım bəzilərini qıcıqlandırır. Yaddan çıxarmasınlar ki, mən bu titulları xalqın sevgisi ilə qazanmışam. Bu adlar mənə xalq tərəfindən verilib və bəzi mətbuat orqanlarının rəhbərliklərinə hörmət bəsləmələrini tövsiyə edirəm!"

İlhamə Quliyeva efirdən istifadə edərək eyni şikayətlə Mətbuat Şurasının sədri Əflatun Amaşova da müraciət ünvanladı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar