Xalq artisti İlham Əsgərov reanimasiya şöbəsinə köçürülüb
20 Dekabr 2010 Bazar Ertəsi 15:20
Bakı. Ülkər Qasımova-APA. Daxili İşlər Nazirliyinin Hospitalında palata şəraitində müalicə olunan Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru İlham Əsəgərov reanimasiya şöbəsinə köçürülüb.
Bu barədə APA-ya aktyorun həyat yoldaşı Yeganə Əsgərov açıqlama verib. O bildirib ki, bir neçə gün bundan əvvəl halı pisləşən İlham Əsgərovun reanimasiya şöbəsinə keçirilməsinə lüzum yaranıb: “Palatada yatdığı vaxt hamını yanına buraxırdıq, söhbətləşirlər. Mən elə bildim ki, onları görmək İlhama dəstək olacaq, amma yəqin ki, bu cür hallar ona yaxşı təsir etmirmiş. Çünki halı birdən-birə pisləşdi və həkimlər onu reanimasiyaya köçürdülər”.

Y. Əsgərova bildirib ki, hazırda İ. Əsgərovun yanına heç kim buraxılmır, çünki həkimlər onun çox sakit şəraitdə qalmasını məqsədəuyğun hesab edirlər: “Elə bu günlərdə də İlhamı görmək istəyənlər çoxdur. Gəlirlər, amma yanına heç kim buraxılmır. Bu onun səhhətindəki porblemin həlli üçün vacib bir şeydir. Allah özü bizə kömək olsun”.

Qeyd edək ki, dekabrın 4-də axşam saatlarında İlham Əsgərovun vəziyyəti pisləşib və Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Hazırda aktyor beyin insultu diaqnozundan müalicə olunur. 52 yaşlı xalq artisti uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar