Xalq artisti Flora Kərimova Avropa Məhkəməsinə müraciət edəcək
24 Dekabr 2009 Cümə Axşamı 21:55
Apellyasiya Məhkəməsi Flora Kərimovanın şikayətini təmin etmədi
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə xalq artisti Flora Kərimovanın Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2009-cu il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində cavabdeh tərəfin nümayəndəsi kimi xalq artisti İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva olub.
Məhkəmə araşdırması nəticəsində Binəqədi Rayon Məhkəməsinin çıxardığı qətnamə qüvvədə saxlanılıb.
Xatırladaq ki, Binəqədi Rayon Məhkəməsində Flora Kərimova Faiq Ələkbərli və İlhamə Quliyevaya qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia qaldırmışdı. Binəqədi Rayon Məhkəməsinin hakimi Natiq Abbasov tərəfindən həmin iddia əssasız olduğundan rədd edilib. Bu gün isə Bakı Apellyasiya Məhkəməsi F.Kərimovanın şikayətini təmin etməyib və qətnaməni qüvvədə saxlayıb.
ANS PRESS-ə açıqlama verən müğənni bildirib ki, qərarın bucür olacağını bildirdim. "Qərarı hələ əlimə almamışam. Qərarı aldıqdan sonra isə Avropa Məhkəməsinə müraciət edəcəyəm”, - deyə xalq artisti məsələyə münasibət bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: