Xalq artisti Fatma Mahmudova erebe ere getmesinden danışdı
19 Avqust 2013 Bazar Ertəsi 23:15
Fatma Mahmudova: Bu yaşda ere getmek...
Bir müddət öncə varlı ərəb kişiyə ərə gedəcəyi haqda açıqlama verən xalq artisti Fatma Mahmudova bu sözlərinin yalan olduğunu etiraf edib. Axşam.az-ın müxbirilə söhbətində aktrisa bildirib ki, 57 yaşlı biznesmənlə ailə qurma xəbəri doğru deyilmiş: “Ərə getməyim xəbəri yalan idi. Həmin ərəfədə Moskvada çəkiləcək bir filmə dəvət almışdım. Film rus və türk kinematoqrafçılarının birgə layihəsi idi. Orada ərəb biznesmenə ərə gedən xanım obrazında oynamalı idim. Mən də həmin obrazı ATV-dəki verilişdə realda göstərmək istədim və belə bir oyun oynadıq.
Hətta aktyor Şamil Süleymanov dedi ki, rolu çox gözəl ifa etdin. Amma sonradan serialda oynamaqdan vaz keçdim. Çünki mənim Moskvaya getməyə vaxtım yoxdur. Burada həm teatrda, həm də serialda işləyirəm. Bu yaşda ərə getmək mənim şəxsiyyətimə yaraşmaz. Qoy, gənc qızlarımız ərə getsin”.
DOSTLARINLA PAYLAŞ: