Viktoriya Bekhem Dubaydan təklif alıb
28 Yanvar 2010 Cümə Axşamı 18:05
Viktoriya Bekhem süni adalardakı otellərdən birininin dizayneri ola bilər
Tanınmış futbolçu Devid Bekhemin özü qədər məşhur həyat yoldaşı Viktoriya Bekhemə Dubaydan təklif gəlib. Ona Dubaydakı möhtəşəm otellərdən birinin dizayneri olmaq təklif edilib. O, otelin bütün otaqlarının, mebellərinin, hətta da yataq dəstlərinin interyerini hazırlayacaq. Bütün bu işlərin müqabilində isə V.Bekhemə 40 milyon dollar qonorar veriləcək.

Keçmiş müğənniyə "İsla Moda"dakı (Dəb adası) otelin dizayneri olmaq təklifi əmirliyin şeyxi Мuhamməd bin Rəşid Əl Maktumdan gəlib. Oteli Bekhemə etibar edilməsinin səbəbi isə onun tez bir zamanda məşhurlaşmasını təmin etməkdir.

Qeyd edək ki, "İsla Moda" dünya xəritəsi formasında salınmış süni arxipelaqdakı adalardan biridir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar