Vera Brejneva sesini itirdi
04 Oktyabr 2013 Cümə 10:10
Vera Brejneva danışa bilmediyinden demek istediklerini vereqe yazaraq fikrini çatdırıb.
Məşhur ukraynalı müğənni Vera Brejnevanın səs telləri zədələnib. ANS PRESS-in məlumatına görə, Dnepetrovske şəhərində açıq havada konsert verdikdən sonra gözəl xanım bərk xəstələnib.
Pop ulduz hətta səsini itirib və bir neçə gün susmaq məcburiyyətində qalıb. Brejneva danışa bilmədiyindən fikrini yazaraq ətrafındakılara çatdırıb.
Həkimlər bildiriblər ki, əgər müğənni səsini uzun sürəlik itirmək istəmirsə bir neçə gün danışmamalıdır. Xeyli müalicədən sonra Veranın səhhəti yaxşılaşmağa doğru gedir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar