Vasif Məhərrəmli mənəm-mənəm dedi?
16 Avqust 2012 Cümə Axşamı 14:04
Azərbaycanlı müğənni Vasif Məhərrəmli şöhrətindən danışır.
Bakılı qızdan sonra təpədən dırnağa həyatım dəyişdi. Hərdən şöhrətin pis olduğunu deyirlər. Amma pis olduğu qədər də gözəldir, yaxşıdır. Bəzi məqamlarda məşhur olmağım mənə kömək edir. Bulvarda gəzən vaxtı bütün insanların gözü səndədirsə, bunun özü gözəldir. Mən həm populyar, həm də hörmətli müğənniyəm. Bunu tərif üçün demirəm". Bu sözləri müğənni Vasif Məhərrəmli Publika.Az-a deyib. Müğənni bəzi həmkarlarına və iş adamlarına da meydan oxuyub. O, bunun üçün nümunə də göstərib. "Bilərəkdən deyil, amma tez-tez yol hərəkət qaydalarını pozuram. DYP əməkdaşları buna görə mənə hörmətlə yanaşırlar. Onlar mənə deyirlər ki, siz elə bilməyin bu hörməti başqa müğənnilər üçün də edirik. Gözümün qarşısında məşhur müğənnilərin sənədlərini əlindən alıblar. Bu mənada, özümü pulları çox olan insanlardan hörmətli hesab edirəm. Pulları olmasa, küçədə keç kim onlara salam verməz”, - V.Məhərrəmli fikrini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar