Vaqif Cavadov və Mahir Şükürov yığmadan kənar düşdülər
06 Aprel 2010 Çərşənbə Axşamı 11:50
Berti Foqts Vaqif Cavadov və Mahir Şükürovu təlim-məşq toplanışına dəvət etməyib.
Futbol üzrə milli komandamız növbəti təlim-məşq toplanışını Bakıda keçirəcək. Aprelin 12-dən 15-dək keçiriləcək hazırlıq prosesinə 18 futbolçu dəvət olunub.

AFFA-dan verilən məlumata görə, “Anji”nin futbolçusu Mahir Şükürov və “Tvente”nin şərəfini qoruyan Vaqif Cazvadov bu dəfə milliyə dəvət almayıblar.

Təlim-məşq toplanışında iştirak edən futbolçuları nəzərinizə çatdırırıq: Kamran Ağayev, Fərhad Vəliyev, Rəşad Sadıqov, Elnur Allahverdiyev, Maksim Medvedev, Rəşad Sadiqov, Elvin Məmmədov , Əfran İsmayılov, Vüqar Nadirov, Rauf Əliyev, Vlodimir Levin, Samir Abasov, Aleksandr Çertoqanov, Ruslan Abışov, Rail Məlikov, Rahid Əmirquliyev, Fabio Luis Ramin və Fərid Quliyev. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar