Utni Hyustonu Britaniyada fitə basdılar
16 Aprel 2010 Cümə 02:35
80-90-cı illərin pop ulduzu Utni Hyuston uzun fasilədən sonra pərəstişkarlarını məyus edib.
Uitni Hyustonun 11 il ərzində Böyük Britaniyadakı ilk konserti tamaşaçıları məyus edib. Narkomaniya ilə çoxillik mübarizədən sonra səhnəyə qayıdan 80-90-cı illərin pop ulduzunu Mançesterdə alşıqla qarşılayanların sayı az olmasa da, onu fitə basan və səsini itirdiyini deyənlər də tapılıb.

Tənqidçilər KİV-dəki çıxışlarında 46 yaşlı müğənninin konsertinə xoş niyyətlə yanaşsalar da, bildiriblər ki, Uitni Hyuston ötən illərin hit mahnılarının ifası zamanı yüksək notlarda çətinlik çəkir. Bununla belə, onlar etiraf ediblər ki, o, əlindən gələni edib.

Uitni Hyuston Böyük Britaniyaya bir neçə illik susqunluqdan sonra dünya turu çərçivəsində gedib. O, həmin illər ərxində narkomaniyadan müalicə olunub və 2007-ci ildə müğənni əri Bobbi Braundan ayrılıb.

Turun ilk konserti Avstraliyada olub və birmənalı qiymətləndirilməyib. Dinləyicilərin fikrincə, müğənni yanlış notlar götürüb və onun səhnədəki replikaları tez-tez rabitəsiz səslənib.

Utni Hyuston soyuqlaması üzündən Böyük Britaniyadakı ilk üç konsertini təxirə salıb. Mançesterdəki konsert isə problemsiz ötüşməyib. Onun mikrofonu sıradan çıxıb, müğənninin səhnə kostyumunu dəyişdiromək üçün səhnəni 15 dəqiqəliyə tərk etməsi bəzi fanatların narazılığına səbəb olub. Tənqidçilərin fikrincə, Uitni Hyustonun keçmiş hitlərin ifası üçün nəfəsi çatmayıb, onun yeni proqramı isə vokal baxımdan daha asan olub.

Müğənnni gələcək həftələrdə Böyuk Britaniyada daha bir neçə konsert verməlidir. O, Londondakı böyük O2 arenasında da çıxış edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar