Uqo Çaves “öldüyünü” təkzib etdi
24 Aprel 2012 Çərşənbə Axşamı 03:44
“Görünür, şayiələr arasında yaşamağa öyrəşməli olacağıq”
Venesuela prezidenti Uqo Çaves dünyasını dəyişməsi ilə bağlı şayiələri təkzib etmək məcburiyyətində qalıb. “Görünür, şayiələr arasında yaşamağa öyrəşməli olacağıq. Bu, çirkin psixoloji müharibənin ayrılmaz hissəsidi”, - ANS PRESS-in İTAR-TASS-a verdiyi məlumata görə, son 10 gün ərzində ictimaiyyət qarşısına çıxmaması üzündən barəsində şayiələr yayılan Venesuela prezidenti bildirib.

Uqo Çaves sonuncu dəfə 9 gün əvvəl bəyanatla çıxış edib və yaranmış fasilə onun ölümü ilə bağlı iddialara səbəb olub.

Ötən həftə Venesual parlamentinin sədri Diosdado Kabelyo bildirmişdi ki, Uqo Çaves tezliklə Kubadan ölkəsinə qayıdacaq. O, bədxassəli şiş əməliyyatından sonra Havanada şüa terapiyası alır.

Qeyd edək ki, Uqo Çaves müalicəsi dövründə Kubaya yeddi dəfə yollanıb. O, sonuncu dəfə aprelin 15-də yola düşüb və şüa terapiyası zamanı onun səhhətində pisləşmə müşahidə edilib. Uqo Çaves hələ də Havanada müalicə olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar