Ulvira Qarayevanın bıçaqlanmış əri xəstəxanadan etiraf etdi
13 Yanvar 2012 Cümə 00:43
Tərlan Dağlı bıçaqlanmasında həyat yoldaşının əlinin olması barədə məlumatlara münasibət bildirib.
İki gün öncə paytaxtda naməlum şəxslər tərəfindən bıçaqlanan, teleaparıcı Ulvira Qarayevanın həyat yoldaşı meyxanaçı Tərlan Dağlı (Mustafayev) Milli.Az-a müsahibə verib. Hazırda 1 saylı Klinik Şəhər Xəstəxanasında müalicəsini davam etdirən Tərlan, yavaş-yavaş özünü yaxşı hiss etdiyini deyib.
“İstəmirəm başıma gələn bu xoşagəlməz hadisədə həyat yoldaşımın adı hallansın. Ulvira məni sevir və bundan sonra da sevəcək. Ulvira ilə az öncə söhbət etdik və verdiyi qərar o oldu ki, ayrılmaq istəmir. Bundan sonra da bir yerdə olacağıq. Telekanalların birinə müsahibə verib tamaşaçılara deyəcəyik ki, ayrılmaq fikrimiz yoxdur. Bizim əbədi sevgimiz daim yaşayacaq”, - Rəşad Dağlı deyib.
Zərərçəkən cinayətkarların kimliyi barəsində konkret məlumat verməməsini belə izah edib: “Bizə qarşı səhv edənlər oldu. Sosial şəbəkələrin birində yazışdığım insanla söhbətə getdim. Adını bilmirəm. Bircə yadımda qalan o oldu ki, bıçağı mənə soxandan sonra, yanındakı adama “Sultan, soxdum” dedi”.
Tərlan Dağlı bəzi KİV-lərdə onun bıçaqlamnasında Ulvira Qarayevanın əlinin olması barədə yayılan məlumatlara da münasibət bildirib: “Heç vaxt! Ömür boyu ola bilməz belə bir şey, yalandır! Hamısı əsası olmayan məlumatlardır. Jurnalistləri hadisəni araşdırıb yazmağa çağırıram. Bildiklərimi danışmaqla polis əməkdaşlarına kömək etdim. Ümidvaram ki, cinayətkarı tapıb, əsl həqiqəti ortaya çıxararlar”.
DOSTLARINLA PAYLAŞ: