Ulvira ailə həyatı ilə bağlı son qərarını verdi
12 Yanvar 2012 Cümə Axşamı 12:49
"3 məsələ var idi ki, mən demişdim ki, buna görə ailəmiz dağıla iblər".
ANS TV-nin "Toy olsun" verilişinin aparıcı Ulvira Qarayeva əri, meyxanaçı Tərlan Dağlı ilə bağlı münasibətlərinə bu gün "Günə baxan" verilişində aydınlqı gətirib. ANS PRESS Ulvira Qarayaveanın müsahibəsini təqdim edir.

-Hadisə barədə necə xəbər tutdunuz?
-Axşam mənə zəng vurdular. Dedilər ki, yoldaşınız xəstəxanadadır. Düşündüm ki, uğursuz zarafatdır və heç bir hərəkət etmədim. Belə deyək, düşündüm ki, mənimlə danışmaq istəyir, ünsiyyət qurmaq istəyir. Ona görə kiminləsə danışıb ki, səhhətinə görə qorxum.

-Nəyə görə aranızda soyuqluq var idi?
-Bəli. Aramızda soyuqluq var idi. Sonra yenə zəng gəldi və dedilər ki, daxili qanaxması var, bıçaqlanıb. Onda bildim ki, belə bir şey baş verib.

-Və xəstəxanaya getdiniz?
-Yox, gecə getmədim. Sinirlərim yatışmamışdı. Düşündüm ki, üstünə bir gecə yatım. Səhər açıldı. Qohumları, anası valideynləri ilə danışdım. Dünən gecə saat 2-yə qədər yanında olmuşam. Qapısının yanında 5-6 nəfər polis var. Hər kəs onu qoruyur. Bağırsağına da bıçaq dəyib. Ütsnüdə şlanq var, qanı və s. xaric etmək üçün. Vəziyyəti artıq ağır deyil. Kritik vəziyyətdən çıxıb. Amma səhhətinə ciddi zərər dəyib.

-Soyuqluq nə qədər vaxtdır ki davar edirdi?
-Soyuqluq 2 ay yarım idi ki, davam edirdi. Tərlan elə bir insandır ki, mənim üçün rahat olsun deyə hər şey edəcək. Bu yaxınlarda səhhətimdə balaca bir problem var idi, məni sözün hərfi mənasında qucağında gəzdirirdi. Amma türkün sözü "dengesiz"dir. Məni isə stabiləm. Həyatımda stabillik isyəyirdim. Analaşılmazlıqlar olurdu. Bəzən səhvlərini düzəldirdi, bəzən də səhvlərini düzəldərkən daha böyük qəbahətlər edirdi. Dəliqanlıdır. Özünü mənim gözümdə düz çıxartmaq üçün nə desən edəcək.

-Yalan da danışırdı?
-Yalan da danışırdı, özünü təmizə çıxarmaq üçün. Bu hər kəsə xas bir xüsusiyyətdir. Amma ifrata varmasa, o da ifrata varırdı.

-Belə qısa vaxt ərzində soyuqluq yaşanıb? Halbuki, çox az müddətdir evlisiniz?
-Hər səpkili problemlər olub. Pis şeylər olduğu kimi yaxşı şeylər də olub. Di gəl ki, mənim iş həyatımda bu çox görünmür, amma mən çox tələbkar insanam. Deyilən sözə nöqtəsinə qədər əməl olunmasını istəyiəm. Edə bilmədiyim işi demirəm. Rusların bir sözü var, "Iudşe poteryat denqi cem doverya".

-Neçə il idi bir yerdə idiniz?
-Bir yerdə idik. Amma hadisədən əvvəlki gün əməlli başlı söz-söhbətimiz oldu. Nəticədə mən bu məsələni anama bildirdim ki, yola getmirəm. Mən böyük insanam, insanların arasında sülh yarada bilirəm. Amma bu məsələdə əvvəlcə nə anama, nə işdəkilərə, nə də ki ən yaxın rəfiqəmə deyirdim. Nəhayət Tərlanla bərabər anamgilə getdik. Məcbur ona hər şeyi danışdıq. O da dedi ki, 1 həftə özünüzə vaxt verin, nəfəs alın. Bir-biriniz üçün darıxacaqsınızsa, yenə bir yerdə olacaqsınız.

-Dünən bəzi internet saytları yazmışdılar ki, Ulvira da istintaqa cəlb oluna bilər?
-Bu məsələ qurtarsın. Hirsim soyumasa, bəlkə onları məhkəməyə verdim. Baxım görüm hansı nüfuzlu, etibarlı mənbə bu sözü deyib.

-Ulvira xanımın ailə həyatı ilə bağlı konkret qərarı nədir?
-Bu qərara hadisədən əvvəl gəlmişdim. Axırıncı günlər anlaşılmazlıq oldu. 3 məsələ var idi ki, mən demişdim ki, buna görə ailəmiz dağıla iblər. Bunlar 3-ü də kiçik-kiçik anlarda oldu.

-Nə məsələlər idi
-Bunu deyə bilmərəm. Çünki bu cür yaşamaq olmaz. Ya düz yaşayacaqsan, indi 18 yaşım olsaydı mən belə yaşayardım. Bu halda isə mən inamsız və s. yaşamaq istəmirəm. Mən deyəndə ki, ayrılmaq istəyirəm, Tərlan bunu qoymaz ki. Amma indi olmayacaq. Çünki indi vəziyyəti pisdir, dünən yanına getmişdim. Əlimi tutmuşdu, tez-tez soruşurdu ki, ayrılmayacaqsan ki. Dünən də xəstəxanada bir dəlilik etdi. Nə polis, nə də tibbi personal qarşısını ala bilmirdi. Özünə, yarasına xəsarət verərək ayağa durub dalımca gəlmişdi.

-Deməli, Tərlan sağalandan sonra ayrılacaqsınız?
-Tərlan düzələndən sonra bəlkə yenə danışdıq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar