Uitni Hyustonun ölümü ilə bağlı araşdırma başa çatdı
12 Aprel 2012 Cümə Axşamı 02:53
Ulduz müğənninin ölümündə cinayət izi aşkarlanmayıb.
ABŞ-ın Kalifoniya ştatının Beverli Hilz polisi müğənni Uitni Hyustonun ölümü ilə bağlı araşdırmaları başa çatdırıb. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, ölümdə cinayət izi aşkarlanmayıb.
Dairə polis departamentinin yaydığı bəyanatda deyilir ki, araşdırmalar rəsmən dayandırılır və işin kriminal xarakter daşımadığı üzə çıxıb.
Ulduz müğənninin meyiti fevralın 11-lə Los-Ancelesdəki Beverli Hilton otelində aşkarlanıb. Uitni Hyuston Kalifoniyaya “Qremmi” mükafatının təqdim olunması mərasimində iştirak üçün gedibmiş. Məhkəmə ekspertizasının rəsmi rəyinə görə, müğənni narkotiklərin təsiri, eləcə də ürək çatışmazlığından düşyasını dəyişib.
48 yaşlı Utni Hyuston fkvralın 19-da Nyu-Cersi ştatındakı Fairview qəbiristanlığında, atası Con Rassel Hyustonun məzarının yaxınlığında dəfn edilib.
DOSTLARINLA PAYLAŞ: