Uitni Hyustonun ölüm işində yeni cərəyan
24 Mart 2012 Şənbə 13:01
Müğənnini narkotiklə təmin edən tanışı onun ölümündən dərhal sonra bütün narkotiki nömrədən çıxarıb.
Uitni Hyustonu narkotiklə təmin edən tanışı müğənninin ölümündən dərhal sonra qalan kokaini otel nömrəsindən çıxarıb. ANS PRESS RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bundan sonra müğənninin ölüm işi ilə bağlı cinayət işi ilə narkotiklə mübarizə idarəsi məşğul olacaq.

Ulduz müğənninin ölüm işini araşdıran müstəntiqin nümayəndəsi Kreyq Harvinin əvvəl bəyan etdiyi kimi, müğənni "təsadüfi boğulmanın", həmçinin "ürək-damar sistemi xəstəliyindən və kokain qəbulundan" dünyasını dəyişib.

Hesab edilir ki, Uitni Hyuston göstərilən narkotiki uzun müddət qəbul edib. Onun orqanizmində kokain izləri aşkar edilib, bu da onun bu narkotiki ölümündən az əvvəl qəbul etdiyini bildirir. Buna baxmayaraq, hadisə yerində narkotik maddələrin izləri belə aşkar edilməyib.

Xatırladaq ki, 48 yaşlı Uitni Hyuston 11 fevral 2012-ci ildə Los-Ancelesdəki "Beverli Hilton" otelində ölü tapılımışdı. Müğənni 19 fevralda Fervyu məzarlığının yaxınlığında yerləşən öz atası Con Rassel Hyustonun məzarı ilə yanaşı dəfn edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar