Uitni Hyuston özünün narkotik asılılığından danışdı
16 Sentyabr 2009 Çərşənbə 03:10
Müğənninin ən sevimli preparatı marixuana və kokaində ibarət “kokteyl” olub
Müğənni Utni Hyuston Opra Uinfrinin tok-şousunda etiraf edib ki, keçmiş əri Bobbi Braunla həyatı dava-dalaş və narkotiklər üzündən dəhşətlə dolu olub. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı evin divarlarına şeytan gözləri çəkib: “Şeytanın gözləri hər küncdən mənə baxırdı. Mən bunu görürdüm və düşünürdüm ki, Allahım, burada nə baş verir”.
Narkotiklərlə bağlı problemin böyüdüyünü görən müğənninin anası polisin köməkliyi ilə Uitni Hyustonu reabilitasiya mərkəzinə yerlaşdırıb: “O mənə dedi: “Mən səni taleyin ümidinə buraxmayacağam. Mən səni şeytana verməyəcəm. İstəyirəm ki, iənim qızım geri qayıtsın””.
Utni Hyuston danışıb ki, onun ən sevimli preparatı marixuana və kokaində ibarət “kokteyl” olub.
Qeyd edək ki, Bobbi Braun və Uitni Hyuston 15 illik nigahdan sonra 2007-ci ilin aprelində ayrılıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar