Türkiyənin tanınmış casusu Azərbaycanda yaxalandı
27 Yanvar 2014 Bazar Ertəsi 05:25
Polad Ələmdar Kara adlı şəxsi məxfi əməliyyat üçün Azərbaycana göndərdi.
Reytinq rekordçusu “Qurdlar Vadisi Pusu” serialının nümayiş olunan son seriyasında Azərbaycandan bəhs edilir.

ANS PRESS-in xəbərinə görə, filmin qəhrəmanı Polad Ələmdar Kara adlı şəxsi məxfi əməliyyat üçün Azərbaycana göndərir.

Filmin sonunda Kara, “Ağsaqqallar şurası”nın Azərbaycan nümayəndəsinin öldürülməsi hadisəsini araşdırmaq üçün “Qardaş diyar” dediyi Azərbaycana gəlir. Kara Azərbaycanda Anadolu türkcəsində danışan silahlı iki nəfər tərəfindən ələ keçirilir.

Qeyd edək ki, Kara obrazının, possovet məkanında uğurlu əməliyyatlar keçirmiş “Yeşil” (Yaşıl) ləqəbli Mahmud Yıldırım adlı türkiyəli casusun prototipi olduğu bildirilir.

Serialın müvafiq seriyalarının çəkilişi üçün Kara obrazını canlandıran aktyor Hakan Boyavın Azərbaycana gələcəyi də güman olunur.






DOSTLARINLA PAYLAŞ:

oyunlar