Alişan tərəf müqabili Çağla Şikellə birlikdə tele-layihələrdə fəaliyyətə başlayacağını bildrib
Türkiyənin məşhur müğənnisi Alişan hərbi xidmətini başa vurub. ANS PRESS “Habertürk”ə istinadən xəbər verir ki, 15 aylıq hərbi xidmət müddətini paytaxt Ankarada keçirən müğənni artıq evə qayıtmağa hazırlaşır. Pərəstişkarları üçün darıxdığını deyən Alişan yaxın günlərdə tərəf müqabili Çağla Şikellə birlikdə “Artı Film”in tele-layihələrində fəaliyyətə başlayacağını bildrib.
Xatırladaq ki, məşhur müğənni hərbi xidmətdən yayınmaq məqsədilə 1 və 2-ci liqlərdə oynayan futbolçular üçün 38 yaşa qədər hərbi xidməti təxirə salan qanundan istifadə etmək üçün 2-ci liqada oynayan “Tepecikspor”la müqavilə imzalamış, daha sonra müğənninin
lisenziyası ləğv olunmuşdu.