Türkiyənin məşhur müğənnisi Azər Bülbülün meyiti tapıldı
07 Yanvar 2012 Şənbə 00:49
Onun otel otağında oksigen çatışmazlığı səbəbilə ölüb.
Türkiyənin tanınmış müğənnisi Azər Bülbül vəfat edib. Antalya şəhərindəki gecə klublarından birində 20 gündür səhnəyə çıxan müğənninin qaldığı oteldə cəsədi tapılıb. Qeyd edək ki, müğənninin cəsədini telefon zənglərinə cavab ala bilməyən meneceri aşkarlayıb. İlkin ehtimallara görə, Azər Bülbül oksigen çatışmazlığı səbəbilə ölüb.

Xatırlladaq ki, Azər Bülbül 1969-cu ildə Türkiyə Qars vilayətinin Akyaka (Arpaçay) rayonunda dünyaya gəlib. Öz adı Sübutay Kesgin olan müğənni daha sonra ailəsi ilə birlikdə Almaniyaya köçüb. Sənət karyerasına “Qərib Yolçu” albomu ilə addım atan müğənni daha sonra “Yalan Olar”, “Mən Sənə Vurğunam”, “Fərat” kasetləri ilə yoluna davam edib. 1996-cı ildə çıxardığı “Mən Babayam” kaseti isə ona şöhrətin qapılarını açıb. Əsasən də bu albomda olan “Yaralandınmı ey can”, “Toxunmayın çox fənayam” və “Hər an hər şey ola bilər” mahnıları müğənninin pərəştişkarları tərəfindən çox sevilib.

Allah rəhmət eləsin!


DOSTLARINLA PAYLAŞ:

oyunlar