Türkiyənin "Eurovision" təmsilçisi Bakıda iddialı danışdı
04 Aprel 2011 Bazar Ertəsi 19:08
“Yüksek Sadakat” qrupunun üzvləri dünən jurnalistlrin suallarını cavablandırıb
Türkiyəni bu il “Eurovision”da təmsil edəcək “Yüksek Sadakat” qrupu promouter turu çərçivəsində bu gün Azərbaycana gəlib. Qrup üzvləri bu gün saat 15.00-da “Ambassador” otelində jurnalistərin suallarını cavablandırıb. Azərbaycana ilk dəfə gəldiklərini deyən “Yüksek Sadakat” üzvləri bildirdi ki, bütün çəkilişlər bitdikdən sonra səbirsizliklə Bakını gəzib-dolaşmağı planlaşdırırlar. Qrup üzvlərindən Kənan Vural 10 il bundan öncə Bakıda olduğunu xatırlatdı. Onun sözlərinə görə, həmin vaxtdan bu günə qədər şəhərdə olduqca böyük dəyişikliklər olub.

Ötən il Türkiyəni “Eurovision” mahnı yarışmasında təmsil edən rok qrup MANGA qrupundan nə ilə fərqləndiklərini soruşduqda, “Yüksek Sadakat” üzvləri ilk olaraq onların bir gənc qrup olduğunu və rok üslubunda oxuduqlarına baxmayaraq daha müasir olduqlarını bildirdilər: “Bəli, biz fəaliyyətə daha erkən başlamışıq, amma onlar da rok oxuyur, biz də. Lakin bizim ifa etdiyimiz rok musiqi bir az klassikdir”.

“Yüksek Sadakat” beynəlxlaq mahnı müsabiqəsində uğur qazanacaqlarına əminliklərini də ifadə etdilər. Onlar MANGA-nın “Eurovision” manhı müsabiqəsindən sonra Türkiyə tarixinə rok qrupu kimi düşməsinə baxmayaraq bunun ölkədə vokal musiqinin çatışmazlığına gətirib çıxaracağını hesab etmirlər. Qrup üzvləri bütün bunlara baxmayaraq Türkiyədə yenə də vokal musiqiyə daha çox üstünlük verildiyini hesab edirlər.

Qrup üzvləri konkret olaraq favorit ölkələrin olmadığını dedilər: “Çünki yarışda ən azı 43 ölkə təmsil olunur, bunların hamısını dinləməyə imkan olmayıb. Bəziləri hətta biz buraya gələnə qədər üzə çıxmamışdı. Amma deyə bilərik ki, məsələn, Azərbaycanın mahnısı çox gözəldir. Daha sonra Estoniya, İsveçrə, Rumıniya, İrlandiya, Almaniya, Norveç, İsveç və başqa ölkələr var”.

Qeyd edək ki, 1997-ci ildə qurulmuş bu rok qrupu 2005-ci ildə eyniadlı albomun çıxmasıyla daha da məşhurlaşdı. Bu kollektivlə isə 2007-cu ildən birgə çalışdıqlarını bildirdilər.
Türkiyəni ilk dəfə olaraq beynəxalq arenada təmsil etdiklərini deyən qrup eyni zamanda bu müsabiqəni necə qiymətləndirdikərinə də münasibət bildirdilər. Təklifin TRT tərəfindən gəldiyini və ölkəni təmsil etməyin olduqca vacib bir tapşırıq oduğunu vurğuladılar: “Bu, hər zaman olacaq bir şey deyil”.

“Eurovision 2011”də “Live it up” mahnısı ilə Avropaya nə çatdırmaq istədiklərini isə bel izah etdilər: “Musiqi həyatla bağlıdır. Yəni musiqi insanı çətin anlarda vəziyyətdən çıxmağa yardım edir. O, bizim həyatımızda önəmli yr tutur”.

Qrup üzvləri müsabiqə ilə bağlı TRT-yə ilk olaraq üç mahnı təqdim etdiklərini bildirdilər. Həmin üç mahnı arasında “Live it up”ı seçdilər.

“Yüksek Sadakat” müsabiqədə bütün ölkələrdən səs gözlədikərini və birinci olacaqlarına iddialı olduqlarını dedilər.

Ötən il Türkiyəni müsabiqədə təmsil edən MANGA qrupu ilə dost olduqlarını vurğulayan “Yüksek Sadakat” üzvləri hətta onlardan bir çox şey öyrəndiklərini də etiraf etdilər: “Biz həyatı təcrübə baxımdan onlardan çox şeylərə malik olsaq da, “MANGA” etiraf edək ki, çox çey bilir və biz onlarn ötənilki müsabiqədə əldə etdiləri təcrübəni öyrənməyə çalışırq. Uzun müddət təcrübəyə sahib olmağımıza baxmayaraq müsabiqə ilə bağlı həyacanmızın olduğunu gizlədə bilmərik ”.

“Yüksek Sadakat” müsabiqədə birinci olacaqları təqdirdə, Türkiyəni yenidən bu yarışda təmsil edə biləcəkləri dedilər. Sənətçilər Azərbaycandan sonra Almaniya, ABŞ, Hollandiya, Malta, San-Marino kimi ölkələrə səfər edəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar