Türkiyənin “Avroviziya” təmsilçisi yəhudidir
28 Fevral 2012 Çərşənbə Axşamı 01:54
Bunu Can Bonomo verdiyi müsahibədə özü deyib.
Bu il Azərbaycanda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində təmsil edəcək Can Bonomo yəhudi millətindəndir. Bunu müğənni İtaliyanın “Ecs-time” adlı internet saytına verdiyi müsahibədə deyib.

Qeyd edək ki, müxbir müğənniyə, “Bonomo italyan dilindəki “Buonuomo – yaxşı adam” sözünə oxşadığı üçün səni italiyalı hesab etdik. Sən italyansanmı?” – sualına Can Bonomo “yox” cavabını verib: “Xeyr. Sefard yəhudisiyəm. Atalarım 450 ildir Türkiyədə yaşayır, mən də türk sayılıram”.

Müxbirin, “Bu müsabiqədən nə gözləyirsən?” sualına isə Bonomo hədəfinin Türkiyəni ən yaxşı şəkild təmsil etmək, təcrübə qazanmaq, yeni dostlara sahib olmaq və əylənmək olduğunu deyib.

Xatırladaq ki, Can Bonomo daha əvvəl milləti barədə verilən sual qarşısında türk olduğunu demişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar