Türkiyəli müğənninin azərbaycanlı məşuqəsi danışdı
08 Dekabr 2012 Şənbə 02:26
İradə İsakova: “Dəli oldum”
Almaniyada yaşayıb yaradan azərbaycanlı müğənni İradə İsakovanın Türkiyənin ulduzu Berdan Mardinlə sevgili olması ilə bağlı xəbərlər yayılıb. ANS PRESS-in məlumatına görə, ortaya çıxan xəbər və şəkillərə görə İradə özü açıqlama verib: “Şəkilləri görəndə şoka düşdüm! Çünki bü günlərdə hollandiyalı bir hörmətli şəxsdən evlilik təklifi almışam. Bunu da yalnız yaxın dostlarım bilirdi. Səhər isə Berdan xəbərinin yayıldığını gördüm. Dəli oldum. Başa düşmürəm, mənə pislik etmək kimə lazımdır?”

Müğənnidən xəbərin nə dərəcədə doğru olduğunu təsdiqləməsə də, təkzib də etməyib: “Berdanla aramızda olanlar yalnız ikimizə məxsusdur və bu haqda danışmağı artıq hesab edirəm. Bunlar artıq olub keçib və yenidən bu mövzunu qaldırmağa nə lüzum var? ”


DOSTLARINLA PAYLAŞ:

oyunlar