Türkiyəli müğənni Ziynət Sali evlənmək istəyir
09 Mart 2014 Bazar 05:52
Türkiyədə kifayət qədər tanınan pop musiqisi ifaçısı müğənni Ziynət Sali qonaq olduğu proqramların birində səmimi etiraflar edib.
ANS PRESS-in xəbərinə görə, tanınmış Türkiyəli müğənni Ziynet Sali qonaq olduğu "Burada laf çok" proqramında evlənmək istədiyini dilə gətirib.
Müğənni şəxsi həyatı ilə bağlı bir sıra səmimi açıqlamalar edib. Hazırda Türkiyənin özəl kanallarından birində yayımlanan "X Factor - Star Işığı" musiqi müsabiqəsində münsif olaraq yer alan Sali müsabiqəni tərk edən iştirakçıları konsertlərinə dəvət etdiyini söyləyib.
Musiqi kariyerasına Klassik-Türk musiqisi oxuyaraq başladığını, sonra türkcə və yunanca mahnılar oxuduğunu və buna görə də yunan dilini öyrəndiyini açıqlayıb.
Yaxşı bir televiziya tamaşaçısı olmadığını, televizor qarşısında oturmağı sevmədiyini bildirən Ziynet Sali evlilik haqqında isə buları bildirib:
"Ruh əkizimi axtarıram. Evlənmək istəyirəm. Körpə sahibi olmaq çox gözəl bir duyğu olar."
DOSTLARINLA PAYLAŞ: