Türkiyədə yaşayan sənətçimiz Məlahət Abbasova Azərbaycanda filmə çəkiləcək
03 Aprel 2011 Bazar 02:41
Məlahət Abbasovanın yumşaq xarakterinə, təbiətinə görə Tubuxanım rolunu canlandıracaq.
Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı aktrisa Məlahət Abbasova müvəqqəti olaraq Azərbaycana qayıdacaq. Aktrisa uzun illərdən sonra ilk dəfə Azərbaycan filmində rol alacaq. Məlahət Abbasovanın əsas rollardan birini oynayacağı “Sübhün səfiri” filmi görkəmli dramaturq Mirzə Fətəli Axundzadəyə həsr olunub. Rejissor Ramiz Həsənoğlu AzərTAc-a bildirib ki, dövlət sifarişi ilə hazırlanan filmdə Məlahət Abbasova M.F.Axundzadənin həyat yoldaşı Tubuxanım obrazını canlandıracaq.

Hazırda çəkilişlərə hazırlaşır, məkanları müəyyənləşdiririk. Çəkilişlərə İyulun ortasında başlanılacaq. Artıq aktyorların müəyyən hissəsi seçilib. Qalanları ilə bağlı isə məsləhətləşmələr aparılır. Ramiz Həsənoğlu, Məlahət Abbasovanın yumşaq xarakterinə, təbiətinə görə Tubuxanım obrazına çox yaxın olduğunu deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar