Türkiyədə Yaşar Nurinin müalicəsinə başlanılıb
17 Mart 2012 Şənbə 21:16
Xalq artistinin qızı: “Aktyorun vəziyyəti hələ ağır olaraq qalır”.
Ötən gün Türkiyəyə aparılan Azərbaycanın Xalq artisti, Dövlət Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nurinin artıq müalicəsinə başlanıb. Yaşar Nurinin qızı Ülviyyə Nuriyevanın ANS-ə verdiyi məlumata görə, aktyorun vəziyyəti hələ ağır olaraq qalır.

Onun sözlərinə görə, Yaşar Nuri burada uzun müddət müalicə aldığı Gömrük Hospitalında kritik vəziyyətdən çıxarıldıqdan sonra qərara alınıb ki, müalicəsi Türkiyədə davam etdirilsin.

Xatırladaq ki, Yaşar Nuri martın 16-da saat 15:00-da xüsusi ambulans təyyarəsi ilə yola salınıb və Türkiyənin Amerikan-Türk Xəstəxanasına yerləşdirilib. Xalq artisti Yaşar Nuri uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkir. O, səhhəti ilə bağlı dəfələrlə Türkiyə xəstəxanalarında müalicə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar