Türkiye şou-biznesine qatılmağa çalışan müğenniler
29 May 2013 Çərşənbə 12:09
Şoumen Kamran Həsənli azərbaycanlı müğənnilərin boşa pul xərclədiklərini deyib.
Şoumen Kamran Həsənli Türkiyə şou-biznesinə qatılmağa çalışan müğənnilər haqqında danışıb. Axşam.az-ın məlumatına görə, Kamran ATV telekanalında yayımlanan müğənni Samir Piriyevin “Necə varsa” verilişində əcnəbi şou aləminə can atmağın mənasız olduğunu deyib. O, müğənnilərin boş yerə pul xərclədiklərini bildirib:

“Türkiyə şou-biznesinə qatılmağa çalışan müğənnilərin hamısı xülyadadır. Onlar, sadəcə yalançı görüntü yaradıblar. Əcnəbi şou aləmində böyük bizneslə məşğul olmaq mümkün deyil. Bu, mənasızdır. Xərclədikləri pullar da havaya gedir. Heç vaxt bu imkanlarla xarici şou-biznesə qatılmaq olmaz. Çünki heç bir millət əcnəbi müğənnini bu qədər asanlıqla qəbul etmir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar