Türkiyə müsabiqəyə qatılmasa da, onlar bu il yarışmada var
14 May 2013 Çərşənbə Axşamı 19:09
Fərid Məmmədov Azərbaycanla yanaşı, yarışmada iştirak etməyən qardaş ölkəni də təmsil edəcəyini deyib.
İsveçin Malmö şəhərində keçiriləcək "Eurovison-2013" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Fərid Məmmədov sosial şəbəkədə Türkiyə ilə bağlı təəssüratlarını yazıb.

ANS PRESS-in məlumatına görə, Fərid "Facebook" profilində “Türkiyə müsabiqəyə qatılmasa da, onlar bu il yarışmada var. Mən həm Azərbaycanı, həm də Türkiyəni təmsil edəcəm. Bütün türklərdən dəstək gözləyirəm” sözlərini yazıb.

Fərid, həmçinin mayın 16-da ikinci yarımfinalda çıxacağı səhnə üçün hazırlıqları davam etdirir. Artıq onun “Eurovision 2013” səhnəsindəki şousu bəllidir. Müsabiqə təmsilçimizin həmin videosunu təqdim edirik.



DOSTLARINLA PAYLAŞ:

oyunlar