Türkan Şoray albom çıxarmaq arzusundadır
04 Aprel 2012 Çərşənbə 15:38
"İllər öncə az qala müğənni olurdum"
Türkiyənin əfsanəvi aktrisalarından hesab edilən Türkan Şoray albom çıxarmaq istəyir. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bunu "TRT Müzik" kanalındakı bir proqrama qonaq olan aktrisanın özü deyib.

"İllər öncə az qala müğənni olurdum. Tam musiqi dünyasına addım atacaqdım ki, film təklifi aldım və kinonu seçdim. Amma mahnı oxumaq içimdə həmişə böyük arzu olaraq qalıb. Heyranlıq duyduğum Ajda Pekkan və Sezen Aksunun tərzində bir albom hazırlamağı çox istəyirəm", deyə T. Şoray bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar