Türk serialında azerbaycanlı ve türkiyeli genclerin sevgisinden behs edilecek
29 May 2013 Çərşənbə 11:43
“Zəngin kız və fakir oğlan”ın yaradıcı heyəti Bakıdadı.
“Biz “Zəngin kız və fakir oğlan” serialının sonrakı bölümlərini Bakıda çəkməyi planlaşdırmışıq. İki qardaş ölkə arasındakı dostluğu möhkəmləndirmək və Azərbaycanla ortaq işləri daha da genişləndirmək üçün buradayıq”.

Bu sözləri APA-ya açıqlamasında TRT-də yayımlanan “Zəngin kız və fakir oğlan” serialının rejissoru Birol Güvən serialın aktyorları Hüseyn Avni Danyal, Ufuk Özkan və əməkdar artist Sənubər İsgəndərlinin iştirakı ilə “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində keçirdiyi imza günündə deyib.

Rejissor bildirib ki, serialın sonrakı bölümləri azərbaycanlı qız və türkiyəli oğlan arasında yaşanan sevgidən bəhs edəcək: “Biz serialın bir hissəsini Bakı və onun ətrafında çəkməyi planlaşdırırıq. Onların toyunu da Bakıda çəkəcəyik. Azərbaycan və Bakı çox gözəldir. Bu gözəllikləri serialımızda göstərmək istəyirik. Artıq Sənubər İsgəndərli və Əzizağa Əzizov “Zəngin kız, fakir oğlan”ın 36-cı seriyasına çəkiliblər. Serialda digər azərbaycanlı aktyorlarla da işləyəcəyik. Buraya onlarla tanışlıq üçün gəlmişik. Əvvəlcə “Aramızda qalsın” serialının kollektivi ilə görüşməyi planlaşdırırıq”.

Rejissor Azərbaycanda çəkilən yeni seriallara münasibət bildirib: “Azərbaycan serial çəkilişinə yeni başlayıb. Buna baxmayaraq, hər şey çox sürətlə inkişaf edir. Zənnimcə, çox yaxın gələcəkdə Azərbaycan serialları da dünyada tanınacaq. Türkiyə serialları da ilk zamanlarda tanınmırdı. Biz illərdir serial çəkirik. Bu işdə səbr və daha çox çalışmaq lazımdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar