Türk sənətçisi Füzulinin qəzəlini oxudu
18 Mart 2013 Bazar Ertəsi 08:11
Gələn ay Bakıya gələcək Halil Sezai “Aşk yakar" dedi.
Türkiyənin məşhur müğənnisi Halil Sezai dinləyicilərinə təqdim etdiyi son albomunda Azərbaycanın klassik şairi Füzulinin yaradıcılığına müraciət edib. ANS PRESS-in məlumatına görə, ümumilikdə 14 bəstənin yer aldığı “Ey aşk” adlanan albomda musiqi və şerlərin əksəriyyəti müğənninin özünə məxsusdur. Halil Sezainin albomunda yer alan “Aşk Yakar” mahnısı isə Füzulinin “Can vermə qəmi-eşqə ki, eşq afəti-candır...” misrası ilə başlayan və şairin “Leyli və Məcnun“ poemasında yer alan qəzəlidir.

Halil Sezai Azərbaycan şairinin sözlərinə oxuduğu mahnını 27 apreldə Bakıda baş tutacaq konsertdə də oxumaq arzusunda olduğunu bildirib. Konsertin təşkilatçısı Samir Xattab, layihənin rəhbəri isə Elşən Səfərsoydur.



DOSTLARINLA PAYLAŞ:

oyunlar