Türk polisi azərbaycanlı rəqqasəni saxladı
27 Fevral 2013 Çərşənbə 19:13
Buna səbəb rəqqasə Aytənin milliyyətcə erməni olan həmkarının başını boşqabla yarması olub.
Rəqqasə Aytən Türkiyədə saxlanılıb. ANS PRESS-in məlumatına görə, bu barədə daha ətraflı rəqqasə “Klip-Parad” verilişində danışıb. O, İstanbul polisi tərəfindən 10 saata yaxın saxlanılıb. Rəqqasənin saxlanılmasına səbəb milliyyətcə erməni olan həmkarının başını boşqabla yarması olub.
Rəqqasə başqa məqamlara da aydınlıq gətirib. Hadisənin təfərrütanından sonra çəkildiyi serialdan, Türkiyədə onun üçün paltar tikən modelyerdən, İstanbuldakı menecerindən və şəxsi həyatı ilə bağlı ictimaiyyətə bəlli olmayan xəbərləri bölüşüb.
DOSTLARINLA PAYLAŞ: