Türk pərəstişkarına kəllə vuran erməni müğənniyə həbs tələbi
25 İyul 2013 Cümə Axşamı 22:59
Prokurorluq Hayko Çepkinin 3 ilə qədər həbsini tələb edir.
Türkiyədə erməni müğənni ilə onun türk pərəstişkarı arasındakı istintaq yekunlaşıb. Prokurorluq erməni əsilli rok müğənnisi Hayko Çepkin barəsində 3 il həbs tələbi ilə iddia qaldırıb. Buna səbəb erməni müğənninin öz pərəstişkarına xəsarət yetirməsi olub.
Məlumata görə, fevral ayında gecə klubundan çıxarkən Hayko Çepkin pərəstişkarı Gülşən Dilək Akbaşa başı (kəllə) ilə zərbə vuraraq ağır xəsarət yetirmişdi. Akbaş isə öz növbəsində müğənnidən şikayətçi olmuşdu.
Qeyd edək ki, erməni müğənni də Akbaşın onu təhqir etdiyini iddia edərək xanım pərəstişkarından şikayətçi olmuş, onu vurması barədə iddiaları isə qəbul etməmişdi. O həmçinin qadının şikayətdən əl çəkmək qarşılığında ondan 50 000 lirə istədiyini iddia etmişdi.
DOSTLARINLA PAYLAŞ: