Türk aktrisa Nurgül Yeşilçay terrorçuların hücumuna məruz qaldı
04 Yanvar 2012 Çərşənbə 06:15
“Apoçu gənclik təşəbbüsü” adlı qrup kürd xalqına qarşı çəkilən irqçi-şovenist filmlərə etiraz etdiklərini bildiriblər.
Baş rolda Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçayın çəkildiyi “Ayrılıq olmasaydı” serialının Diyarbəkirdə olan çəkiliş meydanı PKK terrorçularının hücumuna məruz qalıb. Molotov kokteyli və səs qumbaraları ilə hücumu həyata keçirən “Apoçu gənclik təşəbbüsü” adlı qrup kürd xalqına qarşı çəkilən irqçi-şovenist filmlərə etiraz üçün bu addımı atdıqlarını bildiriblər.

Bu hadisədən sonra aktyorlar və çəkiliş heyəti kifayət qədər təhlükəsizlik tədbiri olmadığını irəli sürərək Diyarbəkiri tərk edəcəklərini bildiriblər.

Qeyd edək ki, serialın çəkilişləri bundan sonra Mardin şəhərində davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar