Tünzalə Ağayeva Yeni ili Toni Brekstonla qarşılayacaq
22 Dekabr 2009 Çərşənbə Axşamı 21:50
Tünzalə Ağayeva Yeni ili Toni Brekstonla qarşılayacaq . Müğənni yaxın günlərdə Türkiyəyə gedir.
Əməkdar artist Tünzalə Ağayeva dekabrın 29-u Türkiyəyə səfərə hazırlaşır. ANS PRESS-ə açıqlama verən müğənninin prodüsseri Yalçın Cabbarov bildirib ki, əməkdar artist Yeni il gecəsi dünyanın ən böyük mehmanxanalarından biri olan “Mardan Palace”da səhnəyə çıxacaq.

“Tünzalə Ağayeva üçün bu konsert çox önəmlidir. Çünki o, bu konsertdə səhnəni dünyanın ən məşhur ulduzlarından biri Toni Brekston və Tarkanla bölüşəcək. O, Türkiyədə 5 gün qalacaq", - deyə bildirən prodüsserin sözlərinə görə, "Butterfly” adlı konsert proqramı ilə tamaşaçıların qarşısına çıxan Tünzalə xanım caz-fank stilində mahnılar ifa edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar