Tünzale Ağayeva Demi Mura oxşamaq isteyir
16 May 2013 Cümə Axşamı 07:50
Tünzale Ağayeva: Yadınızdadırsa, Hollivud ulduzu Demi Mur bir ara...
Əməkdar artist Tünzalə Ağayevanın yeni saç düzümü böyük marağa səbəb olub. Müğənni “ATV” telekanalında yayımlanan “10lar” verilişinə açıqlamasında saçlarını daha da keçəl etdirib, məşhur aktrisa Demi Mur kimi görünmək istədiyini deyib.
Hazırkı saç düzümünün Rihannaya bənzədilməsinə isə Tünzalə belə cavab verib: “Rihanna çox sevdiyim bir müğənnidir. Bu saç düzümünü ona bənzəmək üçün etdirməmişəm. Sadəcə belə formanı çox sevirəm. Həm də ki, belə bir saç düzümü cəsarət tələb edir. Keçəl qalmaq hər qadının işi deyil. Amma mən daha da keçəlləşmək istəyirəm. Yadınızdadırsa, Hollivud ulduzu Demi Mur bir ara saçlarını tamam keçəl etmişdi. Yaxın günlərdə məni də o saç düzümü ilə görsəniz, təəccüblənməyin”.
DOSTLARINLA PAYLAŞ: