Toyda oxuyub pul qazanmaq istəmirəm
12 Mart 2009 Cümə Axşamı 17:00
"İstəyirəm ki, albomumdan pul qazana bilim"

Müğənni Elnarə yeni mahnı üzərində işləyir. Bu barədə ANS PRESS-ə müğənninin özü məlumat verib. O qeyd edib ki, musiqisi Vüsalə İlyasovaya, sözləri Kubra Kərimliyə məxsus «Necəsən?» adlı mahnı artıq hazırdır. Mahnını Elnarə həm Cəbrayıl adlı ifaçı ilə duet şəklində ifa edib, həm də tək oxuyub.
Bu il ərzində ikinci albomunu buraxmağa hazırlaşan Elnarə, albomun keyfiyyətli alınması üçün çalışdığını bildirib: «Birinci albomum heç xoşuma gəlməmişdi. İkinci albomumun keyfiyyətli olması üçün Türkiyə və Rusiyadakı şirkətlərlə danışıqlar aparmağa hazırlaşıram.  Əslində istəyirəm ki, bu bazara özüm nəzarət edim. İstəmirəm hansısa yerli şirkətə albomumun çıxarılmasını həvalə edim, o da çıxarıb satsın, pul qazansın, mən qalım qıraqda. İstəyirəm ki, albomumdan pul qazana bilim, oxuduğum mahnılarımdan pul qazanım. Axı mən mahnıları ərsəyə gətirməkdən ötrü pul xərcləyirəm. Toyda oxuyub, pul qazanmaq istəmirəm».

Elnarə bildirib ki, ikinci albomuna birincidə olmayan 15-18 mahnısı daxil ediləcək.

 /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar