"Toy olsun"nun ilk cütlüyünün xınayaxdısı oldu
18 Oktyabr 2010 Bazar Ertəsi 19:20
Sabah Elçin və Fidanın toyudur.
Bu gün ANS TV-nin canlı efirində evlilik proqramı olan "Toy olsun" layihəsində ilk cütlüyün xınayaxdısı mərasimi düzənləbdi. ANS PRESS-in məlumatına görə, xalq artisti Brilyant Dadaşovanın, tanınmış modelyer Fəxriyyə Xələfovanın, estrada müğənnisi Samiranın, müğənni Səidənin qonaq olduğu xınayaxdı çox maraqlı keçib. Çəkiliş pavilyonunda tamaşaçıların əlindən tərpənmək mümkün olmayıb. Xüsusi ssenari ilə hazırlanmış mərasimdə gəlinin rəfiqələri də iştirak edib. ANS TV-nin populyar aparıcıları Aytən Səfərova, Gülnarə Məmmədova və Elnarə Elçinlə Fidanı təbrik etdi.
Sabah layihənin ilk cütlüyü Elçin və Fidanın toyudur. Toy mərasimi "Aura" şadlıq sarayında olacaq. Restoran Elçin və Fidanın toy mərasiminə 300 yer ayırıb. Oğlan və qız evinin hərəsinə 100 nəfər qonaq dəvət etmək imkanı verilib. Qalan 100 yer isə sponsorlar, televiziyanın əməkdaşları və tamaşaçılar üçün ayrılıb.
Məlumat üçün bildirək ki, layihədə evliliyi baş tutan hər bir cütlüyə qonaq, yataq və mətbəx mebelləri, elektrik avadanlıqları - soyuducu, televizor, paltaryuyan, ətçəkən maşın, yataq dəstləri və evdə lazım olan hər bir əşya cehiz kimi verilir. Bundan əlavə qızıl zinət əşyaları da sponsorlar tərəfindən hədiyyə verilib. anspress
DOSTLARINLA PAYLAŞ: