Aktrisa Toppuş bacı Tünzale Eliyeva özüne toy eledi.
Hamının "Toppuş bacı" kimi tanıdığı əməkdar artist Tünzalə Əliyevanın mayın 25-i qız toyu olub. ANS PRESS-in məlumatına görə, bütün sənət dostlarının, iş yoldaşlarının toplandığı toy mərasimi Gəncə şəhərində baş tutub. Tünzalə Əliyeavı iyulun 7-si isə gəlin köçəcək.
Qeyd edək ki, Tünzalə xanım uzun illərdir ki, ona pərəstişkarlıq edən 26 yaşlı fanatı Röyal ilə ailə həyatı quracaq. Tünzalə Əliyeva uzun müddətdir ki, qəlbində ona qarşı səmimi hisslər olan bu gənc oğlanın evlilik təklifinə yaşının az olduğu üçün müsbət cavab vermirmiş. Amma ötən ay aktrisa evlilik təklifini qəbul edib və onlar nişanlanıblar.