Toppuş bacı ərə gedir
03 Aprel 2013 Çərşənbə 17:19
Aktrisa tərəf müqabili "Keyxanım"ın toy xəbərlərinə münasibət bildirərkən belə deyib.
"Toppuş" bacının tərəf müqabili "Keyxanım"ın toy xəbərlərinə münasibətini öyrənmək istədikdə, o, ANS PRESS-ə açıqlamasında, gələn həftə ərə gedəcəyini deyib: "Qismət olarsa, mən də ailə quracam. Belədə ki, gələn həftə ərə gedirəm".
Bir balaca sükutdan sonra bu açıqlamanın gülüş ustasının növbəti zarafatı olduğunu anladıq: "O qədər ərə getməkdən danışıram ki... Hər dəfə mənə bu sualı verəndə, cavabım belə olur: "Gələn həftə ərə gedirəm!".
Space TV-də ad gününü qeyd edən Tünzalə Əliyeva doğum günü tortunun şamlarını söndürəndə, arzularını dilə gətirərkən, 3 arzusunun da ərə getmək olduğunu səsləndirmişdi.
DOSTLARINLA PAYLAŞ: