Top-model Naomi Kempbell məhkəmə qarşısında
10 İyul 2010 Şənbə 11:00
Naomi Kempbell Liberiyanın keçmiş prezidenti Çarlz Teylorun işi ilə bağlı ifadə verəcək.
Böyük Britaniya top-modeli Naomi Kempbell Liberiyanın keçmiş prezidenti Çarlz Teylorun işi ilə əlaqədar ifadə verəcək. Bu barədə CNN telekanalı Kempbellin nümayəndəsinə istinadən xəbər verib.

29 iyulda Serra-Leonedə keçiriləcək məhkəmədə top-modeli almaz işi ilə bağlı ifadə cerəcək. İddia olunur ki, 1997-ci ildə CAR prezidenti Nelson Mondelin təşkil etdiyi şam yeməyindən sonra Teylor model xanıma almaz hədiyyə edib.

Bəyanatda bildirilir ki, Kempbell məhkəməyə şahid qismində çağırılıb, onu heç nədə ittiham etmirlər və ona qarşı hər hansı məhkəmə prosesi aparılmır.

Onu da qeyd edək ki, əvvəllər top-model Teylorun məhkəmə prosesində iştirak etmək fikrində olmadığını deyirdi. Ancaq belə olan halda Kempbelli 7 ilə qədər həbsxana həyatı və 500 dollar cərimə gözləyirdi.
1997-ci ildə Kempbell CAR prezidenti Nelson Mendelin təşkil etdiyi şam yeməyində olub. Həmin qonaqlıqda Teylor da iştirak edib. İstintaqın iddiasına görə, şam yeməyindən sonra top-model Liberiyanın keçmiş liderindən almaz hədiyyə alıb.

Teylorun dindirilməsində iştirak edən prokuror Brenda Xollis deyib ki, Kempbellə hədiyyə edilən almaz Serra-Leonun döyüşçülərindən birinə məxsus olub. Teylor onu CAR-a satmaq, yaxud da silaha dəyişmək üçün gətirib.

Kempbell ilə yanaşı məhkəməyə məşhur Amerika aktrisası Mia Ferrou və keçmiş casus Kempbell Kerol Uayt da gətiriləcək. Onlar da həmin qonaqlıqda iştirak ediblər.

Çarlz Teylor bir sıra hərbi və insanlığa qarşı cinayətlərdə ittiham edilir. İttiham tərəfi iddia edir ki, Liberiyanın keçmiş prezidenti 1991-ci ildən 2002-ci ilə qədər qonşu Serra-Leonda baş verən vətəndaş müharibəsində Vahid İnqilab Cəbhəsi adlı təşkilatı müdafiə edib və onu silahlandırıb. Nəticədə silahlı qarşıdurmada 120 mindən artıq adam həlak olub.

Onu da qeyd edək ki, Vahid İnqilab Cəbhəsi almaz yataqlarına nəzarəti əldə saxlamağa çalışan qüvvə olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar