Tomas Nevegreen Bakıda konsert verəcək
06 Dekabr 2010 Bazar Ertəsi 13:15
Tanınmış müğənni və 2010-cu ildə Danimarkanı “Eurovision-2010” müsabiqəsində təmsil edən Tomas Nevegreen Yeni il bayramını Azərbaycanda qeyd edəcək.
Tanınmış müğənni və 2010-cu ildə Danimarkanı “Eurovision-2010” müsabiqəsində təmsil edən Tomas Nevegreen Yeni il bayramını Azərbaycanda qeyd edəcək. Belə ki, müğənni 31 dekabr - Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı günü Bakıda konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçılığını həyata keçirən “Tonica Production”dan APA-ya verilən məlumata görə, artıq konsertlə bağlı müqavilə imzalanıb və danışıqlar aparılıb. Tomas Nevegreen dekabrın 31-də “Buta Palace” səhnəsində Azərbaycandakı pərəstişkarları ilə birgə 2011-ci ili qarşılayacaq. Həmin gün sevilən hitlərin ifaçısı olan Tomas Nevegreenlə birgə bir neçə musiqiçinin və dj-in çıxış edəcəyi gözlənilir. Biletləri 200 manata satışa çıxarılan bayram konsertin səhər saatlarına kimi davam edəcəyi nəzərdə tutulur.

Xatırladaq ki, bu, müğənninin Azərbaycan səhnəsində ilk konserti deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar