Tom Kruz Keti Holmsla boşanır
30 İyun 2012 Şənbə 01:43
Cütlük altı illik evliliyi dövründə 275 milyon dollar qazanıb.
Daha bir ulduz cütlük ayrılır. Bu dəfə Hollivud ulduzları Tom Kruz və Keti Holms boşanır. Məlumatı Sky News yayıb.

Keti Holmsun vəkili Conatan Volf cütlüyün ayrılması ilə bağlı şayiələri təsdiqləsə də, təfərrüatları açıqlamaqdan imtina edib. O, bildirib ki, boşanmaq Keti Holmsun və ailəsinin şəxsi işidir. Vəkilin sözlərinə görə, Keti Holmsun əsas məqsədi qızının maraqlarıdır.

Tom Kruz və Keti Holms 2006-cı ildə evləniblər. Onların Suri adlı 6 yaşlı qızı var. Cütlüyün birlikdə 275 milyon dollar qazandığı bildirilir.

Qeyd edək ki, bu, Tom Kruzun üçüncü boşanmasıdır. O, əvvəllər Mimi Rocers, daha sonra isə Nikol Kidmanla evli olub. Aktyorun əvvəlki evliliklərindən iki övladı var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar