Tolqa Karel indi də həyat yoldaşının doğuşu üçün sponsor axtarır
29 Fevral 2012 Çərşənbə 13:07
Aktyor 20 min lirəlik doğum xərcini ödəməkdən çəkinir?
Ötən ilin yayında azərbaycanlı model Günay Musayeva ilə nikah masasına oturan və indi ata olmağa hazırlaşan tanınmış türk aktyor Tolqa Karel yenə qəribə bir addım atdı. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, son günlərdə gecə həyatına düşkünlüyü ilə gündəmə gələn Tolqa Karel hamilə Günay Musayevanın doğuş xərclərini qarşılaya bilmək üçün sponsor axtarır. Məlumata görə, aktyor G.Musayeva ilə getdiyi həkim müayinəsi zamanı doğuşun qeysəriyyə əməliyyatı ilə olacağını, bunun isə 20 min lirəyə (təqribən 10-11 min manat) başa gəldiyini öyrəönib. Aktyorun sponsor xəstəxana axtarışında olduğu deyilir.
Qeyd edək ki, İstanbulun ən gözəl istiqamətlərindən sayılan Bəylərbəyində üç mərtəbəli, baxçalı evi, "Doblo" markalı avtomobili olan Tolqa Karel beş mövsüm "Yarpaq tökümü" serialında oynayıb.
DOSTLARINLA PAYLAŞ: