Tolqa Karel Günay Musayevaya Aydan yer aldı
02 Yanvar 2013 Çərşənbə 17:16
“Bəlkə bir gün nəvələrimizin nəvələri Ayda torpaq əkib-becərəcəklər”.
Türkiyəli aktyor Tolqa Karel azərbaycanlı həyat yoldaşı Günay Musayeva və oğlu Cihangirə aydan 0,8 hektar yer alıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ərazi amerikalı vəkil Dennis Hopun adına olub.

Tolqa Karel qeyri-adi hədiyyəsini belə əsaslandırıb: “Artıq gələcəyə srmayə qoymaq lazımdır. Bəlkə bir gün nəvələrimizin nəvələri Ayda torpaq əkib-becərəcəklər və yeni bir dünya quracaqlar. İnşallah, həmin gün gələndə bizi, yəni ata-babalarını da xatırlayarlar”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar