Aktyor içdiyi içkinin pulunu ödəməyib.
Azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı, məşhur türk aktyoru Tolqa Karel keçən axşam "My Piyasa" adlı gece klubuna gedib. ANS PRESS "Haberler" portalına istinadən xəbər verir ki, iddiaya görə Tolqa Karel içki içsə də, 150 TL-lik hesabı ödəməyib.
Bu səbəbdən artıq Tolqa Karelin "My Piyasa"ya girişi qadağan olunub.
Xəbərlərə görə, Tolga Karelin əvvəlki sevgilisi Öykü Çelik də keçən gecə Nişantaşındakı "Sess Bar"da Selin İmer ilə Aslıhan Doğana hücum etmişdi. Öykü Çelik də bundan sonra "Sess Bar"a buraxılmayacaq.