Tolikə bahalı maşını kim bağışlayıb?
10 Aprel 2009 Cümə 23:40
Şou-biznesin ən qalmaqallı nümayəndəsi xəbəri təsdiqləyib.
Xeyli vaxtdır ki, maşınsız qalan prodüser Tolik nəhayət arzusuna çatıb. Show.az etibarlı mənbəyə istinadən xəbər verir ki, yüksək çinli bir məmur prodüser Tolikə bahalı maşın bağışlayıb. Əməkdaşımız şou-biznesin ən hay-küylü prodüseri ilə əlaqə saxlayıb, xəbərə aydınlıq gətirməsini istəyib. Doğurdan da “LEXSUS IS 300” avtomobili aldığını etiraf edən Tolik bunları deyib: - “Bilirsiz ki, neçə aydır maşınsız idim və az olsa da, buna görə ruhdan düşürdüm. Çünki maşın olmayanda adam bilmir ki, hara getsin, neyləsin! Amma aldığım bu maşını görüb, bəyəndim və ilk dəfə həyatımda kimsə mənə təmənnasız kömək elədi. Həmin şəxsin kimliyini bildirmədən, qarşılıqsız yardımına görə, ona minnətdarlıq edirəm!”


DOSTLARINLA PAYLAŞ:

oyunlar