Tolik yenə söz atdı
23 Mart 2014 Bazar 14:26
Ay qız uşaqları 2 ildən sonra sizə baxan olacaq?
Prodüsser sevgililərinin hesabına gündəmdə qalmaq istəyən qadın müğənnilərə “yazıq” dedi. Hər zaman qalmaqallı açıqlamaları və həyata keçirdiyi layihələrlə özündən söz etdirməyi bacaran prodüsser Tolik, qısa bir aradan sonra yenə də “sükutu pozdu”. Belə ki, prodüsser bu dəfə şəxsi İnstaqram hesabından gənc qadın müğənniləri “hədəf” seçdi:
"Bəzi insanlar kimlərisə təlkrarlayır. Məsəl üçün, hansısa müğənni arzularında Aygün kimi hər zaman gündəmdə qalıb əsas fiqur, bəziləri isə Röya kimi böyük ürəyə sahib olub insanların sevgisini qazanmaq istəyir. Amma, alınmayacaq! Ay yazıqlar, altdan-altdan kimlərləsə sevgili olub hər yerə özüvü soxuşdurmaqla heç vaxt insanların sevgisini qazana bilməzsən. “Tak şto” hərdən fikirləşin ki, ay “qız uşaqları” 2 ildən sonra sizə baxan olacaq?"
DOSTLARINLA PAYLAŞ: