Tolik Ayana görə açıqlama verməyə məcbur oldu
14 May 2013 Çərşənbə Axşamı 18:26
Aygün Kazımova və Brilliant Dadaşova qalmaqalında Ayan hədəf seçilməyib.
Xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova arasındakı qalmaqala prodüser Tolikin münasibəti xəbər portallarında geniş müzakirəyə səbəb olub. ANS PRESS-in məlumatına görə, bu yazıda atmacanın bir ucunun müğənni Ayan Babakişiyevaya toxunduğu kimi fikirlər ortaya cıxıb. Ayanın ötən gün Aygün Kazımovanı dəstəkləyən status paylaşmasından sonra bəzi insanlar Tolikin hədəfində Ayanın da olduğunu zənn ediblər. Lakin Tolik bu açıqlamanı jurnalistlərin Ayanın ünvanına yozmasına etirazını bildirməklə, növbəti açıqlamasını şəxsi İnstagram səhifəsində edib:

"Hər yazdığım sözdən qalmaqal çıxartmayın. İndi hamı elə bilir ki, mən bunu Ayan Babakişiyevaya yazmışam. Amma görmürsüz ki, Ayanla dostluğumuz da var. Brendi tək Ayan geyinmir. O qədər kişi tapıb onun hesabına brend geyinənlər var. Söz ünvanlayanda tam ünvanlayıram, ara vurmağın yeri yoxdu. Əgər Ayan Babakişiyeva dostluğumdadırsa, deməli bu fikir qətiyyən ona aid deyil, olmayanlara aiddir".

Xatırladaq ki, Tolik məsələyə münasibətini bildirməklə bunları demişdi: "O, əsl sənətkardır, soyunaraq şöhrət qazanmayıb. Brilliant xanım, qoy səni bəyənməyənlərin heç olmasa dırnağın qədər musiqidən anlayışları olsun. Kimi kişi hesabına brend geyinir, kimi Moskvada yəhudilər qarşısında sərxoşluq edir, kiminin də pornoqrafiyasından respublika danışır. Sən təksən Brilliant Dadaşova, bunu xalq bilir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar