Timatinin qızının ilk fotosessiyası
17 May 2014 Şənbə 10:49
Repçinin sevgilisi övladı ilə şəkillərini sosial şəbəkədə yerləşdirib.
Rusiyalı məşhur milyarder rep ifaçısı Timati ailəsini, yeni dünyaya gəlmiş qız övladını kənar insanlardan gizləməyə davam edir.
ANS PRESS-in məlumatına görə, martın 19-u qızı Alisa dünyaya göz açdıqdan sonra ifaçı sosial şəbəkədə bir dənə belə olsun övladının şəkilini paylaşmayıb. Timatinin sevgilisi, övladının anası isə qadağalardan biraz kənar gəzir. Alina Şişkova şəxsi İnstagram səhifəsində qızı ilə olan yeni şəkil yerləşdirib. Belə ki, Alina qızının ilk fotosessiyasını etdirib.

Model kimi fəaliyyət göstərən xanım dənizin kənarında, qucağında körpəsi ilə gəzişərkən fotoqraf onları görüntüləyib. Fotolardan göründüyü kimi, Şişkova Alisanı ilk aylarından fotokameralara alışdırmaq qərarına gəlib. Fotosessiyada model övladı olmadan da kamera qarşısına keçib, cazibədar bədən quruluşunu nümayiş edib. Yeni ana olmağına baxmayaraq model cazibədar görünüşü ilə hər kəsi heyran qoyub.








DOSTLARINLA PAYLAŞ:

oyunlar