Timatinin qızının anası kimdir?
24 Mart 2014 Bazar Ertəsi 10:23
Reper Dominikanda baş tutan doğuş zamanı sevgilisinin yanında olub.
Məşhur rusiyalı repçi "Black Star" Timati ötən günlərdə ata olub. ANS PRESS-in məlumatına görə, bu barədə ifaçı şəxsi İnstaqram səhifəsində xəbər verib. Qlamur həyat tərzi, bahalı avtomobilləri, qalmaqallı repləri və qadınları ilə yaddaşlarda qalan Timati körpəsi ilə çəkilən fotosunu sosial şəbəkədə paylaşıb. Reper övladının anasının kim olduğunu isə bildirməyib. Lakin onun Alisa adını verdiyi qızının anasının model Alyona Şişkova olduğu dəqiqləşdirilib.

Model Dominikan respublikasında yerləşən Santo-Dominqo klinikasında doğuş keçirib. Timati doğuş zamanı palatada sevgilisinin yanında olub, ona dəstək verib. Sevilən reper və cazibədar modelin nə vaxt Moskvaya qayıdacaqları isə hələ də məlum deyil.

Xatırladaq ki, cütlük 2012-ci ildə çəkilişlərin birində tanış olub. Hələ ki, evlənmək haqqında düşünməyən sevgililər övladları ilə çox xoşbəxt olduqlarını söyləyiblər.
Cütlüyün fotolarını sizə təqdim edirik.



























DOSTLARINLA PAYLAŞ:

oyunlar