Teymur Rəcəbov özünə möhtəşəm toy çaldırdı
08 Oktyabr 2011 Şənbə 13:30
Beynəlxalq qrossmeysterin toyunda prezident və birinci xanım da iştirak edib
Ötən gün axşam dünyanın ən tanınmış şahmatçılarından biri, beynəlxalq qrossmeyster Teymur Rəcəbovun toyu olub. ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov "chess-news"a danışıb. Onun sözlərinə görə, toy səhərə yaxın saat 05.00-da qurtarıb.
“Toy çox gözəl keçdi. Həm də ona görə çox sevinirik ki, toyda Azərbaycanın dövlət başçısı və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də FİDE-nin prezidenti Kirsan İlumjinov iştirak edib. Həmçinin toyda Avropa Şahmat İttifaqının prezidenti Silvio Danailovla yanaşı, olduqca adlı-sanlı qonaqlar və yaxın adamlar iştirak edirdi. Elnarə və Timanın yaxınları və onları sevənlərin hamısı orada idilər. Toy Azərbaycanın ən yaxşı zalında ("Buta Palace" red.) keçirildi. Hər şey çox qəlbən idi, şahid kimi deyə bilərəm ki, hər şey çox zövqlü və səmimi idi. Toyda olanlara ancaq qibtə etmək olar”, deyə M. Məmmədov bildirib.
Eyni zamanda Mahir Məmmədov əlavə edib ki, toyda Azərbaycanın şahmat üzrə yığma üzvləri də iştirak edib. Toyun əsas mövzularından biri şahmat olub. Qəbul zalı da şahmata həsr olunub. Şahmata həsr olunmuş videomaterialla yanaşı, Teymur Rəcəbovun keçdiyi yol da qısaca olaraq göstərilib.
Xatırladaq ki, Teymur Rəcəbov Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə ilə ailə həyatı qurub.
Mahir Məmmədov bildirib ki, sabah isə Azərbaycanın digər tanınmışşahmatçısı, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarovun nişanı olacaq. Şahmatçı həmkarı Teymur Rəcəbovun toyunda gələcək həyat yoldaşı ilə birgə iştirak edib.
Xeberci.com adından hər iki cütlüyü təbrik edirik!
DOSTLARINLA PAYLAŞ: